Quşçuluq

Ana səhifə Quşçuluq
Əhalinin ərzaq təminatında mühüm rol oynayan sahələrdən biri də quşçuluqdur. Məlumdur ki, ta qədimlərdən quşçuluq ev təsərrüfatlarında mövcud olub, yalnız sonralar kənd təsərrüfatının müstəqil sahəsi kimi formalaşıb və inkişaf etdirilib.

Ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Odur ki, bu gün regionda əhalinin daxili istehsal hesabına quş əti və yumurta ilə təminatında quşçuluq müəssisələrinin xüsusi çəkisi var. Ev təsərrüfatlarında və kiçik sahibkarlıq subyektlərində toyuq əti və yumurta istehsalını artırmaq məqsədilə görülən tədbirlərlə yanaşı, müasir quşçuluq fabrikləri yaradılır, köhnələri dövlət tərəfindən verilən güzəştli kreditlər hesabına yenidən qurulur. Belə müəssisələrdən biri də 2020-ci ildə fəaliyyətə başlayan “Azeed Agro” Məhdud Məsuliyyətli Cəmiyyətinin yumurtalıq istiqamətində damazlıq quşçuluq təsərrüfatıdır. Yumurtalıq istiqamətində damazlıq quşçuluq təsərrüfatının istifadəyə verilməsi də ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlərin davamıdır. Dövlət dəstəyi ilə yaradılan bu təsərrüfat quşçuluğun inkişaf etdirilməsinə hesablanmışdır. Belə ki, yeni təsərrüfatın istifadəyə verilməsi idxaldan asılılığın aradan qaldırılmasına, daxili bazarın qorunmasına, eyni zamanda bu sahə üzrə fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının damazlıq yumurtaya olan tələbatının ödənilməsinə və rentabelliyin təmin olunmasına imkan verəcəkdir”.

Qeyd edək ki, sexlərdə suvarılma, yemləndirmə, təmizləmə, pəncərələrin açılıb-bağlanması, havanın təmizlənməsi avtomatlaşdırılmış qaydada həyata keçirilir. Vaxtlı - vaxtında zootexniki və zoobaytar yoxlamalar aparılır və bu da quşların sağlam inkişafına şərait yaradır.

Qeyd etdiyimiz kimi, müəssisədə quşçuluq təsərrüfatları üçün böyük əhəmiyyət kəsb edən damazlıq sahəsi də fəaliyyət göstərir. Buradakı inkubasiya avadanlıqları təsərrüfatların cücə ilə təmin olunmasında mühüm rol oynayır. Hər bir təsərrüfatın fəaliyyətə başlaması, sözsüz ki, ölkə əhalisinin məşğulluğunun təmin edilməsində mühüm rol oynayır.
Baş ofis
Ünvan: Bakı şəh., M.Araz küç. 25
Telefon: +99412 562 5098
İstehsal müəssisəsi
Ünvan: Ucar rayonu
Telefon: +99412 562 5098