Otelçilik

Ana səhifə Otelçilik
"Otel idarəetməsi" dedikdə hədəfimizdəki əsas məqam qonaqlarımıza necə yaxın olmağımız, onların etibarını necə əldə edə biləcəyimiz, onları daimi müştərilərə çevirməyimiz və onların rahatlığı üçün məlumatları onların zehnində necə saxlaya biləcəyimizdir. Otel idarəetmə sistemləri otel biznesinin mərkəzində olan və oteldə bütün idarəetmə proseslərini nəzarətdə saxlayan proqram həlləridir. 

Adi otel idarəetmə sistemlərində otel idarəetməsinin əsasını təşkil edən ön masa, bron, otelə giriş-çıxış və hesab-faktura kimi proseslər idarə olunur. Bununla birlikdə, sektorun tələblərinə və texnoloji inkişaflara uyğun olaraq, otel idarəetmə sistemləri də birbaşa və ya dolayı yolla otel idarəçiliyi ilə məşğul olan bütün şöbələri və iş proseslərini idarə edən hərtərəfli proqram halına keçərək inkişaf etmişdir. 

Otelin əsas məqsədi qonaqları müvəqqəti yaşayış yeri ilə təmin olunması və onlara xidmət göstərməkdən ibarətdir. Otel idarəçiliyimizin sizə təqdim etdiyi bir sıra üstünlükləri ön plana çəkmək istərdik. 

Xidmətlərimiz vasitəsilə rezervasiya, qeydiyyatdan keçmə, çıxma kimi bütün ön masa əməliyyatlarını asanlıqla və tez bir zamanda edə bilərsiniz. Eyni zamanda effektiv və sürətli hesabat, satış təhlili aparılması, otaqların təmizlik vəziyyəti, işçi əməliyyatlarının aparılması və s. xidmətlərimiz mövcuddur. Həmçinin qonaqlarınızın məmnunluğunu ölçmək üçün anketlər tətbiq olunması göstərdiyimiz xidmətlərin əsasını təşkil edir. 

Qabaqcıl idarəetmə sistemimizi əhatə edən şöbələrin və iş proseslərinin (marketinq, hadisə idarəetmə, qida və içki, insan resursları,mühasibat) vəhdət təşkil edərək, əlaqəli fəaliyyəti iş və personalın səmərəliliyini artırır. Bu sistem otellərin səmərəli fəaliyyətinə və nailiyyət qazanmasına kömək edir.
Baş ofis
Ünvan: Bakı şəh., M.Araz küç. 25
Telefon: +99412 562 5098
İstehsal müəssisəsi
Ünvan: Ucar rayonu
Telefon: +99412 562 5098