Missiya və vizyon

Ana səhifə Missiya və vizyon

Konsepsiyanın başlıca məqsədi kənd təsərrüfatının inkişafı, kənd ərazilərinin müasirləşməsi və istehsalın modernləşdirilməsi, yerli resursları vasitəsi ilə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi və idxal yönümlü məhsul istehsalının artırılması, istehsal-emal zəncirinin vahid istehsal məkanında birləşdirilməsi, ortaq istehsal potensialı və resursları vasitəsi ilə aqrar sahənin qarşılıqlı inkişafının təmin edilməsindən ibarətdir.

Başlıca məqsədə nail olmaq üçün Ucar rayon aqroparkının inkişaf konsepsiyası üzrə hədəfləri aşağıdakılardır:

  • Hüquqi şəxs təsis etməklə (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs) aqroparkın idarəetməçiliyini təşkil etmək;
  • Aqroparkın hüquqi bazasını formalaşdırmaq;
  • Elmi-təqdiqat–istehsal-emal–logistika–satış qapalı zəncirini yaratmaq və nəticədə ortaq problemlər və ümumi maraqlar ətrafında birləşməklə rəqabətqabiliyyətliliyi təmin etmək;
  • Daxili bazarın yerli məhsullarla təmin olunmasına, milli brendlərin və ixrac potensialının güclənməsinə nail olmaq;
  • Müasir texnologiyaların tətbiqi üçün şərait yaratmaq, texnikalardan istifadə əmsalını yüksəltmək və bununlada ortaq xərcləri minimum endirmək;
  • İstehsalçı ilə emalçı arasında bərabərhüquqlu müqavilə  münasibətlərini yaratmaq;
  • Emal müəsisələrinin potensial gücü ilə işləməsinə və istehsal prosesində fasiləsizliyin təmin edilməsinə şərait yaratmaq;
  • Yerli istehsalçılardan məhsulların tədarük olunaraq vahid brend altında  satışını təmin etmək;
  • Ekoloji tarazlığı qorumaq, su və torpaq  resurslarından səmərəli istifadə edilməklə onların mühafizəsini təmin etmək;
  • Kənd təsərrüfatı və qida sənayesində kadr hazırlığını stimullaşdırmaq məqsədi ilə təlim-tədris xidmətlərini göstərmək;
  • Ərzaq məhsulları istehsalı üzrə müxtəlif fəaliyyətlər bir məkanda cəmləşdirmək və özü-özünü təmin edən vahid sistem yaratmaq;
  • Düzgün ərazi seçimi ilə, həm hazır məhsulun həmdə xammalın daşınması üçün  nəqiliyyat xidmətlərinə  və əlavə nəqliyyat infrasturkturuna olan ehtiyacları əsaslı şəkildə azaltmaq;
  • İstehsalçıların, təchizatçıların və tədarükçülərin eyni bir ərazidə fəaliyyət göstərməsi sahəsində müvafiq biznes subyektlərinin həm resurslar, həm də  məhsullar bazarına çıxışını asanlaşdırmaq;
  • Effektiv biznes strategiyasının və innovativ texnologiyaların təşkili hesabına müasir tələblərə uyğun rəqabətqabiliyətli ərzaq  istehsalı sistemini formalaşdırmaq;
  • Ərazi, yol-nəqliyyat, idarəetmə, sosial infrastrukturunu təkmilləşdirmək;
  • Mühəndis-kommunikasiya təminatı-infrastruktur obyektlərinin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya  təminatı vasitələri və qurğularının fasiləsiz, keyfiyyətli, daima  işlək vəziyyətdə olmasını təmin etmək;
  • İnkişaf etmiş ölkələrin biliklərinə əsaslanan, innovativ xarakterli inkişaf təcrübəsi və problemlərinin öyrənilməsini, inkişaf strategiyasının reallaşdırılmasında onlardan isitifadə edilməsini təmin etmək;
  • Ərazidə ekossistemi  inkişaf etdirmək məqsədilə dünyanın müxtəlif ölkələri ilə elmi və texnoloji innovativ  təcrübə mübadiləsini aparmaq
  • Aqrar sahənin maliyyələşdirilməsi, investisiyaların cəlb edilməsi və təşviqi üzrə əlverişli şəraitin yaradılması və müvafiq  təşkilatı işlərinin görülməsini təmin etmək;
  • Müasir texnologiyaların tətbiqi əsasında təşkil ediləcək yeni istehsal gücləri hesabına ərzaq məhsullarına olan tələbatın daxili istehsal hesabına təminatı imkanlarını genişləndirmək;
  • Ərazidə əkin sahələrində becəriləcək pambıq, qarğıdalı, arpa, buğda və yoncanın məhsuldarlığını artırmaq üçün qida elementlərinin miqdarını tənzimləyən Azofost K gübrəsinin və lay stimullaşdırıcılarından istifadə etmək (bu gübrə və lay stimullaşdırıcısı AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda yaradılmış və sahə sınaqlarından keçirilərək müsbət  nəticə almışdır. Qeyd olunan  gübrə və lay stimullaşdırıcının istehsalı  hazırda AMEA Yüksək Texnologiyalar Parkının rezidenti “İNKOR” MMC tərəfindən həyata keçirilməkdədir);
  • Məhsul istehsalı üzrə keyfiyyətin idarəedilməsi sistemi və digər nəzarət tədbirləri nəticəsində istehsal edilən məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğunu təmin etmək;
  • Kiçik sahibkarlığın inkişafını təmin etmək, yeni iş yerləri yarartmaq və regionda istehsal olunan kənd təsərrüfarı və digər ərzaq məhsullarını vahid brend adı altında daxili və xarici bazarlara çıxarılmasını təmin etmək.
Baş ofis
Ünvan: Bakı şəh., M.Araz küç. 25
Telefon: +99412 562 5098
İstehsal müəssisəsi
Ünvan: Ucar rayonu
Telefon: +99412 562 5098