Konsaltinq

Ana səhifə Konsaltinq
Aqrar sahədə göstərmiş olduğumuz konsaltinq xidmətinin əsas məqsədi işin keyfiyyətinin yaxşılaşdırılmasına, ümumiyyətlə fəaliyyət effektivliyinin təkmilləşdirilməsinə və əməyin individual səmərəliliyinin artırılmasına yönəlmişdir. Geniş ixtisaslaşmaya malik olmağımız sizə konsaltinq sahəsində xidmətlərin tam spektrini təqdim etməyimizə imkan verir. 

Kənd təsərrüfatının genişləndirilməsi və məsləhət xidmətləri kənd təsərrüfatı müəssisələrinin sahiblərinə kənd təsərrüfatı istehsalı, emalı və marketinq prosesinin bütün mərhələlərində qarşılaşdıqları problemlər və bir-biri ilə münasibətləri barədə məlumat əldə etmək, inkişaf etmiş texnologiyalardan istifadə edərək bu problemləri həll edə biləcək bilik və bacarıqlar əldə etmək, xidmət səviyyəsini yüksəltmək məqsədi daşıyır. 

Bu istiqamətdə biznes sahiblərinin təlimi, nəşr, məsləhət və məlumat fəaliyyəti də mövcuddur. Şirkətimiz aqrar sahə ilə yanaşı bütün sahələrdə təcrübəsi olan əsas məlumat mərkəzidir. Şirkətimizin təcrübəli mütəxəssisləri ən mürəkkəb məsələləri həll edərək, yüksək keyfiyyətli xidmət göstərməyə hazırdırlar. 

Konsaltinq xidmətimiz davamlı layihələrinizdə tərəflərinizin təcrübələri ilə sizə töhfə verir və problemlərinizə sürətli, alternativ həll yolları hazırlayır. Hal-hazırda 4000 hektar ərazidə gözləniləndən daha yüksək məhsuldarlıq almaq məqsədilə göstərdiyimiz xidmətlər uğurla nəticələnməkdədir. 

Mövcud mənbələrdən düzgün istifadə, əməliyyat dəyərini düzgün hesablamaq və iş üçün fayda verməyən vəziyyətləri düzəltməklə yenidən qurulma prosesində iştirak edirlər.
Baş ofis
Ünvan: Bakı şəh., M.Araz küç. 25
Telefon: +99412 562 5098
İstehsal müəssisəsi
Ünvan: Ucar rayonu
Telefon: +99412 562 5098