İstixana

Ana səhifə İstixana
Parnik (istixana) - tərəvəz, ağac və kol şitilləri yetişdirmək üçün düzəldilmiş örtülü yer. Parniklər su, buxar və ya elektriklə qızdırılır. Onlar küləkdən müdafiə olunan günəşli sahədə şərqdən qərbə doğru uzununa yerləşdirilir. Bunun üçün torpaqda müəyyən dərinlikdə yer qazılıb divarları daş, dəmir, beton, taxta və s. materiallarla, üzəri isə şüşə və plankalı çərçivələrlə örtülür. Parnik bitkiləri faraş tərəvəz məhsulu və bəzi bitkilərin toxumunu (ştilini) almaq üçün parniklərdə becərilən tərəvəz bitkiləridir. Kələm, xiyar, pomidor, turp, şüyüd, keşniş, istiot və s., eləcə də bəzi çiçəkli bitkilər becərilir. Əsas qulluq onların işığa, rütubətə, istiliyə olan tələbatını təmin etmək, yemləmə gübrəsi vermək, xəstəlik və zərərvericilərlə mübarizədən ibarətdir. Bunun üçün həmin bitkilərin toxumları fevral ayından parniklərə səpilir, sonra yetişən ştillər açıq sahələrə köçürülür.

Azərbaycan dünya bazarında keyfiyyətli məhsulları ilə möhkəmlənməkdədir. Bu sırada qeyri-neft sektoruna aid olan məhsulların sayı getdikcə artır. Bu sektorun məhsullarının ixracı 10 faiz artıb ki, bu da fəxr edilməli nailiyyətdir. Ancaq ixrac potensialımız böyükdür və ondan mümkün qədər çox istifadə olunmalıdır.

İndi ölkəmiz xarici bazarlara daha çox meyvə - tərəvəz məhsulları göndərir. Xiyar, pomidor, xurma, fındıq, badam, püstə, üzüm, nar və şirələr idxalçılar tərəfindən həvəslə alınır. Xüsusi ilə istixana məhsulları Rusiya Federasiyası və bunun kimi başqa ölkələrin bazarlarında xüsusi qiymətləndirilir.

Beləliklə, zaman keçdikcə Azərbaycan dünya bazarında müxtəlif növ və çeşidli məhsulları ilə öz yerini möhkəmləndirir. Bu isə ona dünyanın inkişaf etmiş ölkələri sırasına çıxmaq imkanı yaradır.
Baş ofis
Ünvan: Bakı şəh., M.Araz küç. 25
Telefon: +99412 562 5098
İstehsal müəssisəsi
Ünvan: Ucar rayonu
Telefon: +99412 562 5098