Əkinçilik

Ana səhifə Əkinçilik
Azərbaycanın təbii-coğrafi şəraiti ta qədim dövrlərdən burada əkinçilik mədəniyyətinin inkişaf etdirilməsi üçün əlverişli imkan yaratmışdır. E.ə 3 cü minilliyin sonu, ll minilliyin aəvvəllərində tunc dövrunə aid olan əkinçilik alətləri artıq toxa əkinçiliyindən xış əkinçiliyinə keçməsi barədə məlumat verir.

XlX əsrdə Azərbaycanda dənli bitkilər əkinçiliyi - buğda, arpa, çəltik, qismən qarğıdalı və darı becərilməsi üstün yer tuturdu. Torpağın məhsuldarlığını artırmaq üçün ata-babadan miras qalmış ənənəvi qaydalara riayət olunurdu. Yorulmuş torpaq sahələri dincə buraxılır, növbə ilə digər boş sahələr becərilirdi. 

Müasir dövrümüzdə Dövlətimizin digər sahələrə olduğu kimi Əkinçiliyədə xüsusi diqqət yetirməsi bu sahənin inkişafını sürətləndirmişdir.

Ölkəyə yeni avadanlıqların gətirilməsi əkinçiliyin inkişafına təkan vermişdir. Dövlətin bu qayğısı və maliyyə ayırması, əkin sahələrinin genişlənməsinə və əkinçilərin bu işə daha da maraqla yanaşmasına səbəb olmuşdur.
Baş ofis
Ünvan: Bakı şəh., M.Araz küç. 25
Telefon: +99412 562 5098
İstehsal müəssisəsi
Ünvan: Ucar rayonu
Telefon: +99412 562 5098