Dəyərlər

Ana səhifə Dəyərlər

Ucar rayonunun aqroiqlim şəraiti ərazidə ekoloji cəhətdən təmiz, təbii üsullarla, yüksək keyfiyyətli və insan sağlamlığı üçün zərərsiz olan ərzaq məhsullarının istehsalına geniş imkanlar açır.  Dövlət başçısının qarşıya qoyduğu vacib tapşırıqlardan biri də belə məhsulların xarici bazarlarda yer alması üçün zəruri fəaliyyətlərin həyata keçirilməsidir.   Kənd təsərrüfatında fərdiçilikdən iri istehsal sahələrinə keçmək üçün emal sənayesi ilə ilkin istehsal arasında kooperasiya ən optimal təsərrüfatçılıq formasıdır.

Ümumilikdə kənd təsərrüfatının inkişafını, kənd ərazilərinin  müasirləşməsi və istehsalın modernləşdirilməsi üçün  emal sənayesi mühüm əhəmiyyət kəsb edir. Emal sənayesi kənd təsərrüfatı istehsalının  inkişafı yolunda  lokomotiv rolunu oynayır. Xammal istehsalı ilə emal sənayesinin vəhdəti daxili imkanlar və  yerli resurslar vasitəsi ilə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi  və idxal yönümlü məhsul istehsalının artırılması üçün böyük perspektivlər vəd edir.  Ərzaq təhlükəsizliyinin təmin edilməsi və kənd təsərrüatının, bütünlüklə aqrar-sənaye kompleksinin modernləşdirilməsi istiqamətində yeni yanaşma-aqroparkların yaradılması konsepsiyasını irəli sürməkdən ibarətdir. 

Ucar rayonu aqroparkının yaradılması əsasən əkinçilik, bağçılıq, quşçuluq və heyvandarlığın  xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, ərzaq məhsullarının idxalının maksimum endirilməsinə kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişlənməsinə imkan yaradacaqdır.
Baş ofis
Ünvan: Bakı şəh., M.Araz küç. 25
Telefon: +99412 562 5098
İstehsal müəssisəsi
Ünvan: Ucar rayonu
Telefon: +99412 562 5098